Elektrik

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Əmək funksiyası:
- Elektrik mühərriklərinin, aparatlarının və cihazların mürəkkəb olmayan birləşmə və detalların sökülməsi, təmiri və yığılması;
- Sadə işıqlandırma avadanlığı və böyük olmayan projektorların sazlanması və qurulması;
- Paylayıcı qutuların, qoruyucu lövhələrin qurulması, sökülməsi, təmiri;
- Sadə işəsalıcı-tənzimləyici aparatların yoxlanılması və təmiri.

Bilməlidir:
- Elektrik maşınlarının sabit və dəyişən cərəyanlı elektrik mühərriklərinin, transformatorların, elektrik aparat və cihazlarının iş prinsipini;
- Elektrik maşınlarının təmiri işlərinin aparılması qaydası və üsullarını;
- Kabel xətlərinin və hava elektrik şəbəkə xətlərinin çəkilməsi qaydalarını;
- Elektrik materiallarının əsas növlərini və təyinatını;
- Kabel çəkilməsi zamanı torpaq işlərinin aparılması qaydasını;
- Nəzarət-ölçü alətlərini;
- Elektrik avadanlığının yerdəyişməsində takelaj işlərinin aparılması üsullarını.

Tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (istixana sahəsində təcrübə üstünlükdür);
- Elektrik mühəndisliyi üzrə texniki-peşə təhsili;
- Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər;
- Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
- Elektrik sxemlərini tərtib etmək bacarığı;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
- Komandada işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili, (Rus dili arzu olunan).

İş şəraiti:
- 6 günlük iş qrafiki;
- AR Əmək məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı müsahibə əsasında namizədin təcrübəsinə uyğun olaraq təyin ediləcək.

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Elektrik” yazmaqla hr@novasagro.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-04-10