Elektrik

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Kabel sistemlərinin (kabel kanalları və kabel qutuları) çəkilməsi;
- Arakəsmələrdə (divarlarda) dəliklərin açılması;
- Kabellərin çəkilməsi, sonlandırılması və izolyasiyası, dəzgahların yaradılması və sıxılması;
- Dəyişən və birbaşa cərəyanlı cihaz və avadanlıqların montajı və qoşulması;
- Aşağı və yüksək voltajlı cihaz və avadanlıqların montajı;
- Müxtəlif komponentlərin bərkidilməsi və montajı;
- Katodik qoruma sistemlərinin quraşdırılmasında və sınaqdan keçirilməsində təcrübə
- TƏHLÜKƏSİZ və TƏHLÜKƏLİ sahələrdə elektrik avadanlıqlarının montajı, izolyasiyası, təmiri və müvafiq konstruksiya sınağından keçirilməsi;
- Elektrik vəzifəsi üzrə bütün öhdəliklərin daima təhlükəsiz və yüksək standartlara uyğun həyata keçirilməsini təmin edərək Şirkətin/layihənin bütün müvafiq iş prinsiplərini, iş metodlarını və prosedurlarını oxumaq, başa düşmək və tətbiq etmək;
- Multimetr, izolyasiya testeri, elektrik sıxacağı, torpaq müqavimət sayğacı kimi ölçü cihazlarından istifadə etmək bacarığı;
- Bütün işləri müvafiq iş siyahısı/iş tapşırığı təlimatlarına, müvafiq prosedurlara və cizgilərə/sxemlərə uyğun tamamlamaq;
- Şirkət daxilində tətbiq olunan Peşə Sağlamlığı və Təhlükəsizliyi ilə bağlı bütün tələblərə riayət etməyə cavabdeh olmaq;
- Texniki cizgi və diaqramları oxumaq bacarığı;
- Qapalı ərazilərdə və yüksəklikdə işləmək, eləcə də ağır avadanlıqları qaldırmaq kimi iş tələblərini fiziki olaraq ödəyə bilmək;
- 3 fazalı mexanizmlər daxil olmaqla müxtəlif cihazları montaj etmək və bağlamaq;
- Aşağıda göstərilən tapşırıqlarla birlikdə iş nəzarətçisinin öhdəliklərini yerinə yetirmək:
- Bütün təhlükələrdən qaynaqlanan riskləri nəzarət tədbirlərini həyata keçirməklə minimum məqbul səviyyəyə endirmək üçün istənilən dəyişikliyin idarə edilməsi ilə bağlı məsələləri Sahə Nəzarətçisinə müntəzəm şəkildə bildirmək və Sahə Nəzarətçisi ilə əlaqə saxlamaq;
- Planlaşdırılan tapşırıq üçün İşə İcazə sənədini hazırlamaq və təhlükələri və nəzarət tədbirlərini (Səviyyə 1 Risk Qiymətləndirilməsi) müəyyən etmək;
- Tələb olunduqda, Səviyyə 2 Risk Qiymətləndirilməsində iştirak etmək;
- Görüşlər təşkil etməklə işə cəlb olunan digər işçilərin işin əhatə dairəsini, işlə bağlı təhlükələri və nəzarət tədbirlərini tam başa düşməsini təmin etmək, həmçinin xüsusi fəaliyyətə cəlb olunan həmin işçilərin İşə İcazə sənədinin iş sahəsi ilə bağlı nüsxəsini imzalamasını təmin etmək;
- Bütün nəzarət tədbirlərinin tapşırığın başlamasından əvvəl həyata keçirilməsini təmin etmək;
- Yalnız İşə İcazə sənədinin əhatə etdiyi işlərin icrasını həyata keçirmək;
- İşin icrası zamanı və icrasından sonra iş sahəsinin təmiz və təhlükəsiz vəziyyətdə saxlanılmasını təmin etmək;

Təhsil/Təcrübə və Kvalifikasiya:
- Müvafiq sahə üzrə texniki təhsil və ya təsdiqlənmiş sertifikatlı təhsil;
- Müvafiq sahə üzrə minimum 3 illik təcrübə;
- Elektrik norma və standartlarından hərtərəfli xəbərdar olmaq;
- İngilis dilində orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
- CompEX (EX01, EX02, EX03, EX04) /BOSIET /Hawke Gland və Montaj sertifikatlarının olması üstünlükdür.
- Sənaye alpinizmi -Səviyyə 1 sertifikatının olması üstünlükdür.

Maraqlanan namizədlərdən öz CV-lərini elektron poçtun mövzu hissəsində “Elektrik” vəzifəsini göstərməklə [email protected] ünvanına göndərmələri xahiş olunur. Nəzərinizə çatdıraq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 2021-10-07