Elektrika üzrə mühəndis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Əsas vəzifə öhdəlikləri:
- Elektrik işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
- Sənaye təyinatlı və digər bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq
- Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
- Elektrik yükünün hesablanması;
- Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
- Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
- Müxtəlif təyinatlı tikili və təmir işlərinin texniki cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
- Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərinin düzgün təşkil edilməsi;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
- Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;

Namizədə tələblər :
- İxtisası üzrə ali təhsil;
- Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablama qaydasının bilməli;
- Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
- Elektrik sxemlərini tərtib etmək bacarığı;
- Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığına üstünlük verilir;
- Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
- Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dili biliyi;
- Kompüter bilikləri (MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı);
- Komandada işləmə bacarığına malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalı;

Maraqlananlar şəkil əlavə olunmuş CV-lərini info@altus-group.az ünvanına subject yerində “Elektrika üzrə mühəndis”
qeyd edərək göndərə bilərlər.
Son müraciət tarixi: 2021-10-07