Elektron Təhlükəsizlik Sistemləri üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

İşəgötürən: “BETTA” MMC
Vəzifə: Elektron Təhlükəsizlik Sistemləri üzrə mütəxəssis

Əsas vəzifə öhdəlikləri
- Obyektlərdə bütün kamera, oğurluğa qarşı sistemlər, giriş-çıxış və video sistem avadanlıqlarını və proqram təminatını quraşdırmalı
- Təhlükəsizlik sistemlərinin işinin fasiləsiz fəaliyyətinin təminatı və vaxtaşırı yoxlanılması
- Kameraların işlək vəziyyətdə olmasını təmin etməli və periodik monitorinqini aparmalı
- Quraşdırılmış video monitorların işlək vəziyyətdə olmasını təmin etməli
- Tələb olunduqda yoxlama və daxili araşdırma zamanı rəhbərliyi video yazılışla təmin etməli
- Yeni obyektlərdə kompleks baxışların və Təhlükəsizlik sistemlərinin auditlərinin keçirilməsi, təkliflərin hazırlanması. İri layihələr üçün təhlükəsizlik sistemlərinin dizayn və konfiqurasiyasını və qrup şirkətlər üçün müvafiq tenderlər üçün spesifikasiyaların hazırlanması
- İstifadəsində olan proqram təminatlarının normal fəaliyyətini, lisenziya tələb edən proqram təminatlarının müddətinin vaxtı-vaxtında uzadılmasını təmin etməli
- Avadanlıqlarda hər hansı nasazlıq baş verdikdə, problemi həll etməli, həlli mümkün olmadıqda servis mərkəzinə çatdırılmasını təmin etməli və ya servis xidmətinin nümayəndəsinin gəlməsini təmin etməli
- Sərt Disklər Arxivinin təşkili
- Şəbəkə tipli Server və Paylayıcılara nəzarət
- Təhlükəsizlik sistemləri və avadanlıqlar haqqında məlumat toplamaq və təkliflər vermək
- Təhlükəsizlik avadanlıqlarının distribyutorluğunun Azərbaycanda təmin edilməsi, onların servis xidmətlərinin yaradılması.

Namizədə tələblər
- Texniki ali təhsil
- Azərbaycan, Rus və İngilis dilləri - yüksək səviyyədə
- Təhlükəsizlik sistemləri üzrə sxemləri oxumaq və çəkmək bacarığı
- İT CCTV, Girişə və perimetr üzrə nəzarət, yanğına qarşı sistemlər üzrə inteqrator təcrübə
- İri sənaye və qeyri-sənaye obyektlərində iş təcrübəsi
- Müvafiq sahədə ümumi iş təcrübəsi – minimum 5 il
- Diqqətli və dəqiq olmalı
- İşgüzar və məsuliyyətli olmalı

İş şəraiti
- İş rejimi - 5 günlük (09:00-18:00)
- Əmək haqqı razılaşma yolu ilə
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir

Maraqlanan və tələblərə cavab verən şəxslər öz CV formalarını və tövsiyyə məktublarını " ETC üzrə mütəxəssis " başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-08-25