Əmək haqqı hesablamaları üzrə mühasib

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əmək haqlarını, mükafatlarını, məzuniyyət haqlarını, xəstəlik vərəqələri və son haqq-hesab ödənişlərini hesablayır
- Əmək haqqı üzrə hesablamaların mühasibat proqramında uçotunu aparır
- Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlayır

Əsas tələblər:
Təhsil:
- Maliyyə, İqtisadiyyat və ya Biznesin İdarəedilməsi sahəsi üzrə Ali təhsil

Təcrübə:
- Maliyyə və Mühasibat sahəsində 2 ildən çox iş təcrübəsi
- Əmək haqqı və mükafatların hesablanması üzrə ən azı 1 il təcrübə

Professional biliklər:
- Mühasibat uçotu
- Vergi Məcəlləsi və Əmək Məcəlləsi (Əmək haqqı ilə əlaqəli)
- MS Office

Professional bacarıqlar və kompetensiyalar:
- Zamanın idarəolunması
- Detallara diqqət
- Analitik düşüncə
- Ünsiyyət bacarıqları

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Əmək haqqı hesablamaları üzrə mühasib” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-08-12