Əmək haqqı hesablanması üzrə mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Əsas Öhdəliklər:
• Aylıq işçilərin əmək haqqlarının hesablanması və ödənilməsi.
• Məzuniyyət, xəstəlik və ya analıq vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi;
Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi;
• Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
Əmək haqqına dair bütün sorğuların həll edilməsi;
• İşçilərin tələbinə əsasən əmək haqqı hesabından çıxarışların, əmək haqqı göstərilməklə iş yerinə dair arayışların hazırlanması.
• Büddcə və şirkətin xərcləri barədə müvafiq şöbələrə hesabat hazırlamaq;
• İşçilərin əmək haqqı sorğularına vaxtında cavab vermək;
• İşçilərin bank hesabı və əmək haqqı kartlarının verilməsini təmin etmək;

Tələblər:
• Ali təhsil (Maliyyə sahəsi üzrə);
• Əmək haqqı hesablanması üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
• Əmək məcəlləsi,Vergi məcəlləsi haqqında və aidiyyəti qanunvericiliklər haqqında biliklər;
• ERP sistemində təcrübə (SAP, Oracle, 1C);
• Ofis proqramlarında (xüsusilə Excel yaxşı səviyyədə) sərbəst istifadə bacarığı;

Bacarıq:
• Maliyyə məlumatlarını şərh etmək və xərclər, qiymətlər, gəlir, zərər və digər maliyyə məlumatlarını hesablamaq üçün riyazi-statistik hesablamalar aparmaq bacarıqları;
• Pul vəsaitlərinin hərəkəti, balans hesabatlarını hazırlamaq bacarığı;
• Biznes və sahə risklərini proqnozlaşdırmaq, müəyyən etmək, qarşısını almaq və təkliflər hazırlamaq;
• Öz işini planlaşdırmaq, prioritetləşdirmək və ardıcıllığını müəyyən etmək üçün planlaşdırma və təşkilati bacarıqlar;
• Araşdırma bacarıqları:
• − mürəkkəb və fərqli informasiya mənbələrini müəyyən etmək və ətraflı araşdırmaq;
• − mövcud mənbələrdən informasiya əldə etmək.
• Təqdimetmə (şifahi və yazılı) bacarıqları;
• Vaxtın idarə edilməsi bacarığı;
• Müstəqil və komanda daxilində işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əmək haqqı hesablanması üzrə Mütəxəssis” yazaraq hr@blueplanet.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Son müraciət tarixi - 07 iyun 2021.