Əmək haqqı üzrə mühasib

Şirkət haqqında
Əmək haqqı
800-1000

İş haqqında

İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi
Əmək haqqı: 800 AZN-1000 AZN

İş şəraiti:
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:
- İşçilərin aylıq əmək haqlarını hesablamaq;
- Əmək haqqı hesablamaları ilə əlaqədar mütəmadi olaraq audit yoxlamalarını həyata keçirmək;
- Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq;
- Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək;
- Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək;
- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;

Tələblər:
- Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- Hesabatların auditini bacarmalı;
- Analitik düşünmə qabiliyyəti olmalı;
- Azərbaycan və rus dili bilikləri;
- Microsoft Ofis (Excel proqramı yüksək səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;

Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Əmək haqqı üzrə mühasib” Mövzu bölməsində göstərin.

Son müraciət tarixi 18 Aprel 2021