Əmək haqqı üzrə mühasib

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri:
• Əmək haqqı, xəstəlik vərəqlərinin, əmək və sosial məzuniyyətlərin, bonusların, işdənçıxma müavinətlərinin, son haqq-hesabların hesablanması;
• Vergi, sosial fonda ayırmaların hesablanması;
• Ştat cədvəlinin yoxlanması, 1C proqramında üzləşdirilməsi;
• Rəsmi əmək haqlarının yenidən hesablanması (kütləvi artım);
• İş vaxtının uçotu (tabel) cədvəllərinin və ödəniş cədvəllərinin hazırlanması;
• Hesablanmış əmək haqqının işçilərin əmək haqqı kartlarına köçürülməsi;
• Kadrlar şöbəsi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin (hamiləliyə və doğuma görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, uşağın anadan olmasına görə, 3 yaşa qədər uşağa qulluğa görə, dəfn üçün müavinət) hesablanması, protokolun hazırlanması, sənədləşdirilməsinə nəzarət;
• Elektron imza vasitəsilə elektron hökumət portalından hesablanmış müavinətlərin göndərilməsi və ödənilməsinə nəzarət;
• DSMF-yə Vahid Rüblük hesabatın, Statistika komitəsinə 4-Əmək aylıq və 1-Əmək illik hesabatın hazırlanması.

Tələblər:
• Təhsil: Ali;
• Dil bilgiləri: Azərbaycan və rus (sərbəst);
• Əmək haqqı hesablanması üzrə ən azı 2 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsini, Sosial Sığorta haqqında AR Qanunvericiliyini, əmək haqqı ilə bağlı Nazirlər Kabinetinin qərarlarını yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, və s.);
• Komandada işləmək bacarığı;
• 1C (7.7., və ya8.3.)-də iş təcrübəsi arzuolunandır.
• Əlavə tapşırıqların yerinə yetirilməsi

İş qrafiki: 5 günlük
Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətə davamlıdır.

Vakansiyaya müraciət üçün CV-nizi “Əmək haqqı üzrə mühasib” mövzusu ilə hr@mandarin.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-10-02