Əmək haqqının hesablanması üzrə mühasib

Şirkət haqqında
Əmək haqqı
1,000-1,200

İş haqqında

Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əmək haqlarının hesablanması;
- Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsi;
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
- İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
- Əmək haqqı ilə bağlı tələb olunan dövlət hesabatların hazırlanması və sualların cavablandırılması;
- Rəhbərliyin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi.

Namizədə tələblər:
- Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi (1C proqramında əmək haqqının hesablama təcrübəsi olan şəxslərə üstünlük verilir);
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
- Azərbaycan və rus dili bilikləri (ingilis dili bilənlərə üstünlük verilir);
- Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı;
- Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı;
- İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti.

Əlavə məlumatlar:
- Əmək haqqı 1,000-1,200 AZN;
- Nahar şirkət tərəfindən verilir;
- 5 günlük iş qrafiki.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Əmək haqqı üzrə mühasib” qeyd olunmaqla, göndərə bilərlər.
Son müraciət tarixi: 2021-07-09