Əməliyyat Departamentinə mütəxəssis/aparıcı mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

“Ziraat Bank Azərbaycan” ASC Əməliyyat Departamentinə mütəxəssis/aparıcı mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
- Müvafiq sahə üzrə 2 illik bank stajı;
- Türk, Rus və İngilis dil bilikləri müsbət qarşılanır.

Əsas vəzifələr:
- Kağız daşıyıcıda təqdim olunan AZN və xarici valyuta köçürmələrinin yığılması, xarici valyuta köçürməsi mal alışı üçün olduqda, qabaqcadan ödəmə/YGB nömrəsinin elektron portalda yoxlanılması, müqaviləyə bağlılığı və qalıqlara nəzarət edilməsi;
- Internet Banking-da yığılan xarici valyuta ödənişlərinin sənədlərinin yoxlanılması və verifikasiyası, xarici valyuta köçürməsi mal alışı üçün olduqda, qabaqcadan ödəmə/YGB nömrəsinin portalda yoxlanılması, müqaviləyə bağlılığı və qalıqlara nəzarət edilməsi;
- İcra edilmiş xarici valyuta ödənişlərinə aid qabaqcadan ödəmə kodlarının və bəyannamə nömrələrinin gömrük portalında işlənməsi;
- Konsiqnasiya ilə bağlı sənədlərin yoxlanılması və gömrük portalında işlənməsi;
- Qabaqcadan ödəmə ilə bağlı sonradan təqdim edilən bəyannamələrin yoxlanılması və gömrük portalında işlənməsi;
- Vergi və məhkəmə orqanlarının məktublarının cavablandırılması;
- Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ aktlarına uyğun qaydada əməliyyatların aparılması və bununla əlaqədar bütün lazımi işlərin yerinə yetirilməsi;

Göstərilən tələblərə cavab verən namizədlər Sentyabr ayının 30-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat departamenti” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.