Əməliyyat Risklərinin idarəolunması üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

“PAŞA Sığorta” ASC namizədləri Risklərin İdarəolunması Departamentində Əməliyyat Risklərinin idarəolunması üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
• Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq
• Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək
• Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq
• Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək
• Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək. Aylıq əsasda risk hesabatlarını hazırlamaq
• Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak etmək
• Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək
• Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək
• İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək
• Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək

Biliklər :
• İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat təhsili
• Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı
• Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır

Təcrübə
• Risklərin idarə olunması, audit və ya maliyyə üzrə minimum 1 il iş təcrübəsi (Sığorta şirkətlərinin birində və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir)

Bacarıqlar:
• Təqdimat bacarıqları
• Komandada işləmək bacarığı
• Yaxşı ünsiyyət bacarığı
• Məntiqi və analitik düşüncə
• Risklərin müəyyən edilməsi və qarşısının alınması bacarığı
• Stressə davamlılıq
• Təşəbbüskarlıq
• Məqsədyönlülük
• Emosional stabillik və məsuliyyətli olmaq

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
Son müraciət tarixi: 27 Avqust 2021