Əməliyyatlara dəstək üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
600-1000

İş haqqında

Əməliyyatlara dəstək üzrə mütəxəssis (axşam növbəsi)

Vəzifə öhdəlikləri:
- Müştəri sorğusuna operativ olaraq telefon və elektron sənəd formasında cavab vermək.
- Korporativ ticket sistemi (Jira) vasitəsi ilə qəbul olunan müraciətləri prioritetləşdirmək və prosedurlara əsasən araşdırmaq
- Monitorinq olunmuş sorğuların seçilərək prosedura əsasən işlənməsi.
- Şirkət daxili istifadəçi İT avadanlıqlarında çıxmış problemlərin aradan qaldırılması.
- İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi
- Ümumi İT İnfrastrukturu üzrə monitorinq sisteminə nəzarət və prosedur üzrə işlərin görülməsi.

Namizədə tələblər:
- Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük veriləcək).
- Kompüter avadanlıqlarına texniki dəstək üzrə - əsas; informasiya təhlükəsizliyi, biznes proseslər, informasiya sistemləri, şəbəkə infrastrukturuna dair - baza biliklərinə malik olmalı ( IT Texniki dəstək və ödəmə sistemlərində iş təcrübəsi olanlara üstünlük veriləcək).
- Biznes prosesslərin idarə edilməsi haqqında ilkin biliklər.
- Analitik və alqoritmik düşünmə qabiliyyəti.
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
- Müştəri sorğularının cavablandırılması işləri ilə praktik təcrübəsi , operativ cavablandırma qabiliyyəti, insanlarla düzgün əlaqə və ünsiyyət qurma bacarığı.
- Fərdi və komanda ilə işləmək qabiliyyəti.
- Dil bilikləri: Azərbaycan və Rus dilləri - yüksək səviyyədə, Ingilis dili - texniki sənədləri oxumaq və yazmaq səviyyəsində.

İş şəraiti:
- Ofis daxili;
- Əmək haqqı 600-1000 AZN
- İş rejimi növbəli (09:00-18:00, 17:00-23:00) İstirahət günü həftə içi
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar təminatının qarşılanması.

Digər şərtlər
İşə qəbul olunan namizəd, ödəniş vasitələri və sistemlərinin dəstəklənməsi üzrə korporativ təlimlər keçəcək, daxili prosedur və qaydalarla tanış ediləcəkdir.

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Əməliyyatlara dəstək üzrə mütəxəssis (axşam növbəsi)” yazılmalıdır.

Son müraciət tarixi: 2021-08-01