Əməyin mühafizəsi üzrə mühəndis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət.
- Müəssisədə zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsi.
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması.
- Müəssisəyə məxsus olan binaların, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılması.
- Müəssisədə ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsinin təşkili və nəzarəti.
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında köməyin edilməsi.
- İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılması.

Tələblər:
- Ali təhsil
- Ən azı 2 il Əməyin Mühafizəsi üzrə iş təcrübəsi
- Fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının qanunvericiliyi üzrə biliyi
- Microsoft Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı
- Azərbaycan və Rus dili biliyi
- İngilis dili biliyi arzuolunandır

İş şəraiti:
- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək haqqı: razılaşma əsasında

Maraqlı olanlar CV-ni “Əməyin Mühafizə üzrə mühəndis” başlığı ilə [email protected] ünvanına göndərə bilər.
Son müraciət tarixi: 2021-10-29