İş haqqında
Tələblər
- Təhsil dərəcəsi: Müvafiq sahədə ali təhsil
- Kompüter bilikləri:MC Office
- Dil bilikləri: Azərbaycan dili -əla
- Təcrübə: Müvafiq sahədə minimum 5 il
- Yaş həddi: 30-50
- Əmək haqqı: 500
Vəzifə öhdəlikləri:
- Material ehtiyatlarına olan tələbatı, eləcə də onların keyfiyyətinin standarta, texniki tələblərə, müqavilə və başqa normativ sənədlərə uyğunluğunu təyin edir.
- Texnikaya, materiala təminatın plan layihələrinin tərtib olunmasına, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, avadanlıq, enerji, yanacaq materiallar, xammal fondunun qəbul olunması və işlənilməsinə nəzarət edir.
- Göndərilmiş keyfiyyətsiz əmtəə-maddi sərvətlər üzrə sifarişçinin narazılığı haqda cavab hazırlanması işində iştirak edir.
- Anbarda ehtiyat materiallarının və hazır məhsulun olmasına nəzarət edir, alıcılar və tədarükçülər arasında əlaqə yaradır, plana uyğun olaraq məhsulun vaxtında yüklənməsi üçün sənədləri rəsmiləşdirir.
- Müəssisə, idarə və təşkilatlarda texniki material təminatı, məhsulun satılması, məhsulun keyfiyyətinə nəzarət, xammalın, materialın, yanacağın, enerjinin, avadanlığın və hazır məhsulun nəql edilməsi üzrə standartların işlənib hazırlanması və tətbiqində iştirak edir.
- Əmtəə-maddi sərvətlərinin alınıb satılması hesabına, qayıdılası taraların vaxtında yüklənib göndərilməsinə nəzarət edir, lazımi hallarda yerinə gəlib çatmayan malların axtarışını aparır.
- İnventarizasiyanın aparılmasında iştirak edir, normadan artıq material ehtiyatlarının, əmlakın yığılması səbəblərini öyrənir, tədbirlər görür.
- Anbarlarda mal-material qiymətlilərinin saxlanılması qaydasına riayət edilməsinə, hazır məhsulun sifarişçiyə yüklənib göndərilməsi hazırlığına nəzarət edir, məhsulun göndərilməsi və satılması üçün lazım olan sənədləri rəsmiləşdirir, qoyulmuş forma ilə hesabat tərtib edir.
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Uyğun namizədlərdən cv-lərini
[email protected] mail ünvanına mövzu yerinə “Əmtəəşünas (Ağdam Pİ və TM)” qeyd edərək göndərmələri xahiş olunur.
Qeyd: İş yeri Ağdam rayonunda yerləşdiyindən yalnız Ağdam və yaxın şəhər və rayonlarda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.
Sobn müraciət tarixi: 2021-08-13