İş haqqında
Vəzifə öhdəlikləri:
- Dizel-generator şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını təmin edir.
- Yeni generatorların alınaraq quraşdırılması ilə əlaqəli layihələrinin təminində iştirak (quraşdırma və qəbul prosesində) edir;
- Generator giriş və çıxış elektrik, siqnal xətləri, AVR sistemlərinin yenilənməsi, istismarı, təmiri;
- Müxtəlif tipli, texniki parametrə malik olan akkumulyatorların istismarında iştirak etmək;
- Müxtəlif tipli, texniki parametrə malik olan AC 380V/220V-DC48V düzləndiricilər - İstismarı, proflaktikası, təmiri.
- Elektrik enerji işlədici avadanlıqların yerlə birləşmə durumunun yoxlanılması, ölçulməsi və problemlərin aradan qaldırılmasının koordinasiyası, icrası;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Kvalifikasiya üzrə tələblər:
- Ali, orta texniki və ya energetika üzrə peşə təhsilli
- Energetika sahəsində ən azı 3 (üç) il iş təcrübəsi olmalıdır;
- Dizel-generator sistemlərinin istismar qaydalarını, profilaktika işlərinin aparılmasını, baş vermiş nasazlıqların aradan qaldırılması üçün mövcud istismar təlimatlarını mükəmməl bilməlidir;
- Kompyuter bilikləri üzrə: MS Office və Outlook proqramlarında işləməyi bacarmalıdır;
- “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”, “Elektrik və istilik qurğularının texniki istismar Qaydaları”, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası” qaydalarını bilməlidir;
- Elektrik təhlükəsizliyi üzrə 3-cü qrupa malik olmalıdır;
İş şəraiti:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək (qəza halları zamanı 7 gün/24 saat iş zamanına uyğun fəaliyyətinin təmini (əmək qanunvericiliyə uyğun olunmaqla iş saatlarının əvəz olunması və s. təmin edilməklə);
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Enerji sistemləri üzrə texniki dəstək sektoru üzrə Mütəxəssis” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.