Əsas vəsaitlər üzrə mühasib

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması
- Əsas vəsaitlərin xüsusiyyətləri (marka, istehsal tarixi və s.) üzrə məlumatların dəqiq əks etdirilməsi
- Əsas vəsaitlərin istehsalata və layihələrə yönəldilməsinə nəzarət etmək
- Əsas vəsaitlərin amortizasiyası və təmirinə nəzarət
- Əsas vəsaitlərin vaxtaşırı inventarizasiyası (kvartal, il)
- Əsas vəsaitlərin yerdəyişməsi prosedurlarının əməl olunmasına nəzarət
- Əsas vəsaitlərin uçotunun aparılması və 1C proqramına daxil edilməsi
- Kapital Məsrəfləri (CAPEX) hazırlanması
- Əsas vəsaitlərin səmərəli istifadə olunması üzrə təkliflərin verilməsi
- Əsas vəsaitlərin sənədləşdirilməsi üzrə vaxtaşırı təftişi
- Maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək

Tələblər:
- Maliyyə/mühasibat uçotu/riyaziyyat üzrə ali təhsil;
- Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi
- Verilən sahə üzrə Vergi Məcəlləsi, NK Qərarları və s. müvafiq biliklər;
- Analitik təhlil qabiliyyəti;
- MS Excel proqramı ilə yükək səviyədə işləmək bacarığı;
- 1С 8.3. Proqramında işləmək bacarığı

Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük

Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Əsas vəsaitlər üzrə mühasib” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 2021-11-03