Faktorinq xidmətləri üzrə satış təmsilçisi

Şirkət haqqında
Əmək haqqı
300

İş haqqında

Vəzifə öhdəlikləri:
- Ferrum Kapital QSC-nin Bakı şəhərində yerləşən satış nöqtələrinə yaxınlaşan müştərilərə faktorinq məhsulları haqqında məlumat verilməsi
- Potensial müştərilərə faktorinq məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması
- Faktorinq məhsulları əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və satış nöqtələrinə yönləndirilməsi

İş qrafiki
- Bazarertəsi – Cümə: 10:00 – 19:00
- Şənbə: 10:00 – 14:00
- Əmək haqqı: 300 + Bonus
- Əlverişli iş mühitində çalışmaq imkanı
- Karyera və inkişaf perspektivləri

Namizəddə tələblər
- 21-29 yaş aralığında olan namizədlər
- Ali təhsil
- Ana dilində səlis danışıq (Rus dili arzu olunandır)
- Müştəri yönümlülük, təqdimetmə bacarığı
- Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti və inandırmaq bacarığı
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Faktorinq xidmətləri üzrə satış təmsilçisi” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-06-06