Front-End Developer istiqaməti üzrə Məsləhətçi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.

Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (Texniki sahə üzrə təhsil arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Kompüter Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklərin olması;
- HTML, CSS (SASS, LESS, CSS precompilers), CSS Framework-lər üzrə yüksək səviyyədə biliyin olması;
- React.js-i və onun əsas prinsipləri barəsində məlumatlı olması;
- Typescript ilə iş təcrübəsi;
- NPM, Webpack, Babel kimi Front-End alətləri ilə işləmə bacarığının olması;
- GİT-lə işləmə təcrübəsi (yaranan problemləri müstəqil şəkildə həll etmək);
- REST API üzrə əsas biliklərin olması;
- Cross-browser ilə işləmə bacarığı;
- Figma ilə işləmə bacarığı;
- Səmərəli, səliqəli, təhlükəsiz, anlaşılan və genişlənə bilən kod yazmaq bacarıqlarının olması;
- Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək bacarığı;

Görəcəyiniz işlər:
- Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq proqram təminatı üzrə işləri müəyyən edərək inkişaf fəaliyyətlərinin planlaşdırılmasını icra etmək;
- Şöbə üzrə proqram təminatı istiqamətində müvafiq prosedurların və siyasətlərin hazırlanmasını təşkil etmək;
- Agentliyin müəyyənləşdirilmiş proseslərinin tələbləri üzrə proqram təminatının yazılmasında iştirak etmək;
- Yeni məhsulların yaradılmasında və onların tətbiqi metodlarının seçilməsində iştirak etmək;
- Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak etmək;
- Digər əməkdaşların sahəsi üzrə təkmilləşməsi və proqram təminatını mənimsənilməsi tədris prosesini təşkil etmək;
- Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə digər proqramçılara dəstək və təlim komandasını formalaşdırılmasında iştirak;
- Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanmasını həyata keçirmək;
- Agentliyin inkişafı baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak etmək;
- Agentliyin mövcud olan proqram təminatının yeni məhsullara uyğun yazılması və digər tələb olunan proqramlara inteqrasiyası üsullarının texniki yazılmasını icra etmək;
- Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasını təşkil etmək.

Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 27.05.2022-ci il;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır