Front-end programçı

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Məhsullarımız haqqında

Hal-hazırda biz öz məhsulumuz olan morooq (IELTS standartlarına uyğun ingilis dili biliklərinin qiymətləndirilməsi üçün imtahan platforması) üzərində işləyirik və beynəlxalq bazara çıxmağa hazırlaşırıq.

Biz axtarırıq: front-end proqramçı

Tələblərimiz:
• front-end proqramçı kimi HTML, CSS Grid, Bootstrap, JavaScript, jQuery, TypeScript, Angular texnologiyalarından istifadə edərək 1 ildən çox iş təcrübəsi
• Sass və ya Less, Git və Bitbucket/GitLab ilə işləmə bacarığı arzuolunandır
• soft skills: məsələlərin çevik həll olunması, tez öyrənmə qabiliyyəti və məhsuldar iş bacarığı bizim üçün vacibdir. Həmçinin, işini keyfiyyətli görməyə səy göstərmək də mühim amillərdəndir (aşırı mükəmməlliyə varmadan ;) ).

Təklifimiz:
- çevik iş qrafiki
- mehriban komanda
- şəxsi inkişafa dəstək
- peşəkar və karyera inkişafı perspektivi
- rəqabətli əmək haqqı
- şəhərin mərkəzində ofis, Elmlər m/s çıxışında (BDU ilə üzbəüz)

Namizədlərdən CV formalarını vacancy@benzeine.com email ünvanına mövzu hissəsində “front-end developer” qeyd edilməklə göndərməkləri xahiş olunur. CV-nin son göndərilmə tarixi 16.07.2021.