Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

ƏSAS ÖHDƏLİKLƏR
- Gecikmələr üzrə Çağrı Mərkəzi Təlimatına əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan kreditlərə görə telefon zəngləri etmək;
- Hansı addımların atılmalı olduğunu qərarlaşdırmaq və səmərəli danışıq üsulu seçmək məqsədilə gecikmədə olan müştərilərə dair qeydiyyata alınmış bütün mövcud məlumatları təhlil etmək;
- Gecikmədə olan müştərilərlə səmərəli ünsiyyət qurmaq və həmin ünsiyyəti qoruyub saxlamaq;
- Gecikmənin səbəblərini müəyyənləşdirmək və müştəriləri Şirkət qarşısında öhdəliklərini yerinə yetirməyə inandırmaqla geri ödəniş tərixlərinin müəyyənləşdirilməsi üçün problemli müştərilər və əlaqəli şəxs(lər)lə danışıqlar aparmaq;
- Portfelində olan gecikmiş kreditlərin geri ödəniş ehtimalının vaxtında və düzgün qiymətləndirilməsini həyata keçirmək;
- Geri ödəniş üçün təyin olunan tərixlərin zamanlama və ardıclllığını müəyyənləşdirmək;
- Hesabatların yaradılması məqsədilə gecikmələr üzrə proqram təminatında gecikmələrə dair bütün zəruri məlumatları izləmək;
- Əməliyyatlar Departamentini dəstəkləmək üçün zəruri olan digər təyin edilmiş tapşırıq və vəzifələri icra etmək.

Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil;
- Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə 6 ay iş təcrübəsi. Problemli kreditlər üzrə iş təcrübəsi olanlara üstünlük verilir;
- Azərbaycan dilini səlis bilməli, Rus dilini isə danışıq səviyyəsində bilmək üstünIük kimi qəbul edilir;
- MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və çapetmə bacarığı;
- Müştəri xidmətləri, xidmət sahələri üzrə təlim kursu sertifikatı olanlara üstünlük verilir;
- Şirkətin kreditvermə Siyasəti və Prosedurları üzrə biliyə malik olmaq;
- Ödənişlərini gecikdirən müştərilərlə iş aparmaq bacarığına malik olmaq
- Məsuliyyətli, etibarlı, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- İşgüzarlıq və aktivlik.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 02 iyul 2021-ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi (Baş Ofis) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.