General English Teacher

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizəddən gözləntilərimiz:
- İngilis dilində səlis danışma bacarığı.
- Tez öyrənmə, detallara diqqət yetirmə kimi bacarıqlar.
- Öyrətmə və öyrənmə həvəsi.
- IELTS 7+, TEFL, TESOL, CELTA kimi sertifikatlar böyük üstünlükdür.
- Oxşar təcrübə böyük üstünlükdür.
- Ana dilimizin qrammatika və orfoqrafiyasına bələd olmaq üstünlükdür.

Namizəd işə qəbul olduqdan sonra icra edəcəyi əsas tapşırıqlar:
- Proqrama və tələbələrin ehtiyac və istəklərinə uyğun olaraq onlayn və/və ya ənənəvi formada General English dərsləri tədris etmək.
- Tələbələrlə bağlı olan müəyyən məlumatların sistemə daxil edilməsi.
- Təhsil mərkəzinin digər əməkdaşları ilə birlikdə işləyib, tədris prosesi ilə bağlı məsələləri həll etmək.
- Proqramın təkmilləşdirilməsinə töhfə vermək.

Namizəd bizimlə işləməklə nə(lər) qazanacaq:
- Gənc, dinamik komandanın üzvü olaraq, komandada işləmə bacarıqlarını inkişaf etdirmək.
- Fərdi inkişafın şirkət tərəfindən tam dəstəklənməsi.
- Tədris prosesində və təşkilatı işlərdə istifadə etdiyimiz proqram təminatlarını öyrənmək.
- Əmək bazarında ehtiyac olacaq vərdiş və bacarıqlara yiyələnmək.
- Ədalətli idarəetmə mühitində işləmək.
- Komandamızın hazırda üstündə işlədiyi təhsil prosesi sisteminə öz töhfəsini vermə şansı.
- Şirkətə qatılan əlavə dəyərin hər zaman qarşılığını görmək.
- Əmək haqqı: təcrübə və bacarıqlara əsasən müzakirə ediləcək.
- Ünvan: Nizami m/st yaxınlığı

İş qrafiki və digər detallar müsahibə zamanı müzakirə edilərək müəyyənləşdiriləcək. (Axşam saatlarında işləyə biləcək namizədlərə üstünlük veriləcək).
Son müraciət tarixi: 2021.12.11