Gömrük Bəyannamələri üzrə Mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə və Öhdəlikləri:
- İdxal və ixrac olunan malların gömrük rəsmiləşdirilməsi əməliyyatlarının həyata keçirilməsi və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarının yerinə yetirilməsi;
- Azərbaycan Respublikasının gömrük orqanlarına sənədlərin və gömrük rəsmiləşdirilməsi üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi;
- İdxal və ixrac olunan malların marşrut xətti üzrə izlənilməsi və nəzarətdə saxlanılması;
- Gömrük ödənişlərinin və bəyan edilən mallara aid Azərbaycan Respublikasının «Gömrük Məcəlləsi»ndə nəzərdə tutulmuş digər ödənişlərin ödənilməsinin təmin edilməsi;
- Bəyan edilən mallar barəsində səlahiyyətlərə malik olan şəxs qismində gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün zəruri olan digər işlərin yerinə yetirilməsi;
- Azərbaycan Respublikasının gömrük orqanlarını idxal və ixrac olunan malların gömrük buraxılış məntəqələrindən keçirilməsi niyyəti barədə xəbərdar edilməsi;
- Gömrük məqsədləri üçün zəruri olan sənədlərin siyahısının tərtib edilməsi;
- Zəruri hallarda malların müvəqqəti saxlanc anbarlarında yerləşdirilməsi;
- Azərbaycan Respublikasının gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi;
- Gömrük ödənişlərinin düzgün hesablanması.

Tələblər:
- Ali təhsil
- Bu sahədə ən azı 2 il iş təcrübəsi
- Azərbaycan, Rus (yüksək səviyyədə), İngilis dili bilikləri (arzu olunandır)
- Kompüter biliyi – MC Office Proqramları

Xüsusi bacarıqlar:
- Komandada işləmək bacarığı
- Ünsiyyət qurmaq qabiliyyəti
- Problemləri düzgün analiz edəbilmə və planlama bacarığı
- Dəqiqlik, operativlik

İş şəraiti:
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00 – 18:00
- Tibbi sığorta
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Müraciətlər: recruitment@azerfloat.az elektron poçt ünvanına göndərilməlidir Zəhmət olmasa, mövzu hissəsində “Gömrük Bəyannamələri üzrə Mütəxəssis” yazıb göndərəsiniz.
Son müraciət tarixi: 2021-09-17