Hesabatlılıq və Büdcələmə üzrə Mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Menecment üçün aylıq Maliyyə Hesabatlarının hazırlanması (Balans Hesabatı, Mənfəət və Zərər Hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı və Kapitalda Dəyişikliklər haqqında hesabat);
- MHBS-ya uyğun müvafiq düzəliş verilərək Maliyyə Hesabatlarının hazırlanması;
- Debitor və Kreditor, mənfəət və zərər hesablarının aylıq analizi;
- Əsas vəsaitlərin amortizasiyasının beynəlxalq və vergi uçotuna əsasən hesablanması.

Tələb olunan göstəricilər:
- İqtisadi sahədə ali təhsil (Maliyyə, mühasibat uçotu və audit ixtisasları üstünlük təşkil edir);
- Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi – Audit şirkətlərində çalışan əməkdaşlara üstünlük verilir;
- Beynəlxalq maliyyə hesabatları standartlarına dair biliklər (minimum F3, F5 və F7);
- Azərbaycan və İngilis dili bilikləri əla, Rus dili orta səviyyədə;
- Mükəmməl analitik və düşünmə bacarıqları;
- Təzyiqə davamlılıq, operativlik, yeni mühitə adoptasiya bacarığı;
- MS Office bilikləri (xüsusilə Excel yüksək səviyyədə);
- 1C sistemi üzrə biliklər.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Hesabatlılıq və büdcələmə üzrə mütəxəssis”, qeyd etməklə CV formalarını hr@asgroup.az mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-08-13