Hesabatlıq və protokol şöbəsinə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Görəcəyiniz işlər:
- Komissiyanın iclaslarında müvafiq qərar əsasında katiblik funksiyasını həyata keçirmək;
- Satınalmalar barədə elanları hazırlamaq və onları yerləşdirilməsi üçün Bankın müvafiq struktur bölməsinə təqdim etmək;
- Tender və kotirovka iştirakçılarına sorğuları göndərmək;
- İlkin təqdim olunan sənədlərin düzgünlüyünü yoxlamaq;
- İddiaçı şirkətlərdən qiymət təkliflərini bağlı zərflərdə təhvil almaq;
- Tələbata uyğun olaraq satınalma metodunu təyin etmək;
- Satınalmalara dair sənədlər toplusunun saxlanılmasını təmin etmək;
- Departamentin fəaliyyət istiqamətlərindən irəli gələn hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
- Satınalma əməliyyatları üzrə uçot işini aparmaq;
- Satınalma əməliyyatlarına dair məlumat bazası əsasında təhlillər apararaq təqdimatlar hazırlamaq;
- Potensial tədarükçülər və iddiaçılar haqqında məlumatları təhlil etmək;
- Məlumatları toplamaq və istifadəyə yararli hala çevirmək.

Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsilli (CİPS sertifikatının olması arzuolunandır);
- Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilən;
- Satınalma sahəsində 1-3 il iş təcrübəsinə sahib;
- MS office proqramlarını əla səviyyədə bilən;
- İnduktiv və analitik təhlil bacarığına sahib;
- Problemləri həll etmə bacarığına malik;
- Layihələrin idarə olunması bacarığına sahib olan.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini abbcareers@abb-bank.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Hesabatlıq və protokol şöbəsinin mütəxəssisi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Son müraciət tarixi: 2021-08-15