HR üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Tələblər:
- Ali təhsil,
- HR üzrə minimum 5 il təcrübə
- AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- Yüksək Azərbaycan, rus və ingilis dili biliyi ,
- Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
- Təqdimat hazırlama və təqdimat keçmək bacarığı,
- Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,

İşin Məzmunu:
- Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması;
- Əmək kitabçalarına qeydiyyatların aparılması;
- Məzuniyyət qrafikinə uyğun olaraq işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
- İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparılması;
- İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edilməsi.
- Ştat cədvəli və tabellərin hazırlanması, müvafiq bölmə üzrə işlərdən irəli gələn əmrlərin hazırlanması və qeydiyyatı.
- İşçilərin Bonus (KPİ) sisteminin işlənilib hazırlanması və nəzarət edilməsi,
- AR Əmək qanunvericiliyindən irəli gələn digər vəzifələr.
- Şirkətin Bizness etikası, davranış qaydaları və nizam intizamına riayət edilməsi, İSO 9001 standartından irəli gələn vəzifələrinin icra edilməsi,
- Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi və görülən işlərdə Məxfiliyin qorunması prinsipinə riayət edilməsi.

İş şəraiti:
- İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək;
- Əmək haqqı: Razılaşma ilə
- Korporativ nömrə,
- Ünvan: Bakı Ağ Şəhər Ofis Binası 8 Noyabr 25E

Son müraciət tarixi: 2022.02.09