Hüquq şöbəsinin müdiri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
- Şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
- Departamentin direktoru tərəfindən ona həvalə edilmiş vəzifələri yerinə yetirmək;
- Şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
- Qurumda həyata keçirilən rəsmi və işgüzar qəbullarda, görüşlərdə funksiyaları üzrə iştirak etmək;
- Şöbənin fəaliyyəti ilə bağlı aylıq, dövrü hesabatları hazırlamaq və departamentin direktoruna təqdim etmək;
- Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində qurumun digər strukturlarından zəruri məlumat və sənədləri almaq;
- Şöbə tərəfindən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;
- Şöbə üzrə qurumun rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən etmək və bu barədə təkliflərini departamentin direktoruna təqdim etmək;
- Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qurumun rəhbərliyinə təqdim olunması üçün departamentin direktoruna təqdimatlar vermək;
- Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil etmək;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək;
- Qurumu ölkədə və xaricdə yerləşən hüquqi və fiziki şəxslər qarşısında hüquqi məsələlərlə əlaqədar təmsil etmək;
- Qurumda hazırlanan hüquqi xarakterli sənədlərə, müqavilələrə, əmrlərə və digər sənədlərə rəy vermək, qanunvericiliyə uyğunluğunu yoxlamaq və tələb olunduqda bu sənədləri hazırlamaq;
- Quruma daxil olan yerli və xarici müqavilələrə, hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə, müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabları hazırlamaq;
- Qurumu məhkəmədə təmsil etmək, məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görmək;
- Qurumun fəaliyyəti ilə əlaqədar dövlət orqanlarında təmsilçiliyi yerinə yetirmək.

İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün

Vəzifəyə dair tələblər:
- Təhsilə dair tələblər: Ali hüquqi təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 5 il iş stajı;
- Yaş: 25 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – C1; Rus dili - C1

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
Komanda ilə işləmək bacarığı;
İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
Mükəmməl kommunikasiya bacarığı;
Yaradıcı qabiliyyət;
Analitik təhlil;
Gərgin iş qrafikinə uyğunlaşma.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq şöbəsinin müdiri” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.