Hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

İşin təsviri:
- Şirkət fəaliyyətinin qanuna uyğunluğunu təmin etmək
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, rəylərin verilməsi
- Şirkət daxilində hüquqi təminat, ekspertiza və təhlil işlərinin aparılması
- Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
- Hüquqi şəxslərin, filialların qeydiyyat işlərinin, müvafiq dəyişikliklərin aparılması və qeydiyyata alınması
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
- Rəhbərliyin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi

Namizədə tələblər:
- Ali hüquqi təhsil
- Cinsiyyət: kişi
- Bank və ya lizinq sahəsində ən azı 1 il təcrübə
- Konstitusiya, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası tərəf çıxdığı beynəlxalq müqavilələr üzrə biliklər
- Əmək qanunvericiliyi və normativ – hüquqi aktlar üzrə biliyə və təcrübəyə malik olmaq
- Dil bilikləri: Azərbaycan dili- səlis (yazılı və şifahi), Rus dili- yaxşı .

İş qrafiki:
- 6 günlük iş həftəsi
- Ünvan: Çinar Park B/M, Əhmər Rəcəbli küç. 1/25
- Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir

Maraqlanan namizədlər mövzu yerində “Hüquqşünas” yazmaqla öz CV-lərini hr@priorleasing.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyuya dəvət olunacaqlar.
QEYD: İşə qəbul proseduruna uyğun olaraq vakansiya üzrə namizəd seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir.
Son müraciət tarixi: 2021-05-12