Hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
500-600

İş haqqında

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Baş Ofis üçün Hüquqşünas vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:
- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, elektron portalda icra qeydlərinin aparılması, Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
- Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması;
- Rəsmi yazışmaları təmin etmək.

Tələb olunan keyfiyyətlər:
- Hüquq sahəsində ali təhsilinin olması;
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, rus dili arzuolunandır;
- Etibarlı sürücülük vəsiqəsi;
- Ezamiyyələrə hazır olmaq;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompyuter bilikləri;
- Bank sektorunda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük verilir.

İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
- Əmək haqqı 500-600 manat gross.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində (Hüquqşünas) qeyd etməklə göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-05-22