Hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Müəssisənin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə hüquqi rəy vermək;
- Daxili standart müqavilələrin və şablonların, habelə daxili qayda, təlimat, prosedurların hazırlanmasında iştirak etmək;
- Müəssisənin bağladığı xidmət, alqı-satqı, reklam və s. müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Dövlət və məhkəmə orqanlarından daxil olan hüquqi sorğuların cavablandırılmasını təmin etmək;
- Müəssisənin struktur bölmələrinə hüquqi yardım göstərmək və daxil olan sorğuları cavablandırmaq.

Tələb olunan göstəricilər:
- Ali hüquq təhsili,
- Korporativ hüquq sahəsində ən azı 5 illik iş təcrübəsi;
- Mülki və əmək qanunvericiliyi, nəzarət orqanlarının normativ xarakterli aktlarını bilmək;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
- Fikrin strukturlaşdırılmış şəkildə izah edilməsi bacarığı;
- Əla səviyyədə Azərbaycan və Rus dilləri biliyi, İngilis dili biliyi üstünlük təşkil edir.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Hüquqşünas”, qeyd etməklə CV formalarını hr@asgroup.az e-mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-07-17