Hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Şirkət “Hüquqşünas” vəzifəsinə işçi dəvət edir.

Vəzifə öhdəlikləri:
- Şirkət fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsi;
- Layihələrin, habelə xarici M&A və daxili struktur dəyişikliyinin həyata keçirilməsində iştirakı;
- Hüquqi rəylərin hazırlanması;
- Böyük həcmdə daxili korporativ hesabatlarla işləməsi;
- Sanksiya siyahıları da daxil olmaqla podratçıların qüvvədə olan daxili qaydalara uyğun yoxlanılmasını həyata keçirir;
- İşçilər və şirkətin nümayəndələri üçün etibarnamələrin (notarial təsdiq də daxil olmaqla) hazırlanması və rəsmiləşdirilməsinin həyata keçirilməsi, habelə verilmiş etibarnamələrin reyestrinin aparılması;
- Təsis sənədlərin surətlərinin rəsmiləşdirilməsinin (notarial təsdiq də daxil olmaqla) həyata keçirilməsi;
- İşəgötürənin Notariat xidməti ilə bağlı digər fəaliyyətlərin həyata keçirilməsi;
- İş icazəsi və müvəqqəti yaşayış haqqında soruğuların göndərilməsinə və bu barədə arayışların əldə edilməsinə nəzarətin həyata keçirilməsi;
- Müqavilələrin hüquqi ekspertizasının və razılaşdırılmasının həyata keçirilməsi;
- Kontragentlər ilə bağlı iddia və tələblərin həllinin həyata keçirilməsi;
- Müqavilələrin razılaşdırılması üçün podratçilarla danışıqlar aparılması;
- Şirkətin kommersiya və inzibati-təsərrüfat fəaliyyətinin hüquqi təminatını həyata keçirir;
- Reklam materiallarının hüquqi ekspertizasını həyata keçirilməsi;
- Şirkətin maliyyə departamentinin fəaliyyətinə hüquqi dəstək verilməsi;
- Şirkətin rəhbərinə imzalanmaq üçün təqdim olunacaq əmr, təlimat, əsasnamə, siyasət və digər hüquqi xarakterli sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğunun yoxlanılması;
- Şirkətin hüquq şöbəsinin layihələrinin müstəqil həyata keçirilməsi;
- Şirkətin lisenziya, icazə və/və ya akkreditasiya almasını tələb edən fəaliyyət istiqamətlərinin hüquqi hissəsini həyata keçirilməsi.

TƏLƏBLƏR:
- Hüquq sahəsi üzrə ali təhsili;
- Ən azı 5 il korporativ-hüquqi sahədə iş təcrübəsi;
- MMC, ASC və QSC ilə iş təcrübəsi;
- M&A layihələrində iştirak, mürəkkəb struktur dəyişikliklərində təcrübə;
- İqtisadiyyatın hər-hansı bir sahəsinin iş proseslərinin yenidən təşkili layihələrində iştirak təcrübəsi;
- Müqavilələri ilə ən azı 5 il iş təcrübəsi;
- Kontragentlərlə müqavilələr bağlanan zaman şirkətin mövqeyini hüquqi əsaslarla müdafiə etmək, habelə şirkətin riskləri, qanunvericiliyin tələbləri və podratçının istəkləri arasında balans tapmaq bacarığı;
- Səriştəli şifahi və yazılı nitq, düşüncələri qısa və məntiqli qurma bacarığı;
- Sənədlərin hazırlanmasında diqqətlilik, məsuliyyət, çalışqanlıq, operativlik;
- Bir neçə tapşırığı eyni vaxtda yerinə yetirmək bacarığı;
- Dil bilikləri: Azərbaycan – əla, Rus dili - əla; İngilis dili - orta və yuxarı (ingilis dilində yazışmaq, sənədləri ingilis dilində oxumaq və yazmaq bacarığı);
- Qabaqcıl PC istifadəçisi;

Əsas bacarıqları:
- M&A əməliyyatları
- Korporativ hüquq
- Müqavilə hüququ
- Müqavilə işi
- Əmək hüquqi
- Maliyyə hüququ
- Vergi hüquqi
- Təsərrufat hüququ

Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 03.08.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Hüquqşünas” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.