Hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə tələbləri:
- Ali təhsilli olmalı;
- Hüquq üzrə 1-2 il iş təcrübəsi olmalı;
- Hüquqi sənədləri sərbəst hazırlamalı;
- Ünsiyyətcil və qrup şəklində işləmək qabiliyyətinə, təhlil və analiz etmə bacarığına malik olmalı;
- Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyətinə malik olmalı.

İş haqqında məlumat:
- Şirkətin fəaliyyəti dövründə subroqasiya hüququ yaradan bütün məsələləri araşdırmaq və həlli işini təşkil etmək;
- Sığorta hadisəsi ilə əlaqədar zəruri olan məktubları tərtib etmək;
- Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyatı dövlət orqanlarına sorğu vermək;
- Mövcud qanunvericiliyi (sığorta qanunvericiliyini xüsusi olaraq) bilməlidir;
- Şirkəti məhkəmələrdə təmsil etmək.

İş yeri: Azərbaycan Sənaye Sığorta
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz.
Email-in mövzu hissəsində “Hüquqşünas (Subroqasiya)” qeyd etməyiniz xahiş olunur.

Son müraciət tarixi: 2021-08-06