Hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi;
- Struktur və bölmələrin iş fəaliyyətində orta çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həlli;
- Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
- Protokolların hazırlanması;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
- Məhkəmədə və digər dövlət orqanlarında Bankın hüquqi nümayəndəsi kimi təmsilçilik;
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.

Davranış səriştələri:
- Analitik düşüncə qabiliyyəti;
- Qərar vermə;
- Yazı bacarıqları.

Vakant vəzifə üzrə tələblər:
- Ali hüquq təhsili;
- Azərbaycan və rus dillərində mükəmməl danışıq və yazı bacarığı, ingilis dil biliyi – yaxşı səviyyədə;
- Ofis proqramlarında sərbəst iş bacarığı;
- Korporativ hüquq və məhkəmə sahəsində 3 illik iş təcrübəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20.07.2021-ci il tarixinədək hr@azerpost.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Hüquqşünas” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.