Hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
600-900

İş haqqında

Namizədə tələblər
- Təhsil: Ali hüquq təhsili mütləqdir.
- İş təcrübəsi: zəruri deyil
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla)
- Microsoft Office (Word, Excel, Power Point) proqramlarını, İnternet Explorer-dən istifadə qaydalarını;

Vəzifə öhdəlikləri
- Hüquqi sənədlərin (məktub, müqavilə və.s) tərtib edilməsi;
- Şirkətin struktur bölmələrindən daxil olan sorğuların cavablandırılması və zərurət olduqda onlara hüquqi yardım göstərilməsi;
- Sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi və zərurət olduqda rəy verilməsi;
- Razılaşma üçün şöbəyə təqdim olunan əmr/sərəncam, təlimat, əsasnamə, müqavilə və digər hüquqi xarakterli sənədlərin və onların layihələrinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğunluğunun yoxlanması;
- Zərurət olduqda şirkəti məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək;
- Korporativ idarəetmə məsələləri ilə bağlı işlərin həyata keçirilməsi, sənədlərin (qərarlar, nizamnaməyə dəyişikliklər və.s) hazırlanması, onların səlahiyyətli dövlət orqanında qeydiyyatının təmin edilməsi;
- Qanunvericilikdə baş verən dəyişikliklər və dəyişiklik edilməsi gözlənilən qanun, normativ hüquqi aktlar barədə arayışlar hazırlamaq;
- Zəruri hallarda şöbənin fəaliyyəti ilə bağlı sənədlərin tərcüməsini həyata keçirmək.

Şəxsi keyfiyyətlər
- Ünsiyyət qurmaq bacarığı;
- Nitq mədəniyyəti;
- Məsuliyyətlilik;
- Yüksək təhlil qabiliyyəti;
- Araşdırma bacarıqları;
- Komandada işləmək bacarığı;
- Gərgin iş və stresə davamlılıq.

İş şərtləri
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı : həftə içi 5 gün / 09:00-dan 17:30 dək.
- Şirkət tərəfindın korporativ nömrə və danışıq vaxtı verilir
- Əmək haqqı: 600-900 azn (müsahibə əsnasında)

Məlumatlandırıcı qeydlər
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Hüquqşünas (korporativ) ” qeyd etmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-08-11