Hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:
• Mingəçevir
• Ağdaş
• Şirvan
• İmişli
• Sabirabad
• Salyan

Görəcəyiniz işlər:
- Problemli kreditlərlə bağlı müraciətlərə baxılması və iddia ərizələrinin hazırlanaraq məhkəməyə göndərilməsini təmin etmək;
- Problemli kreditlərlə bağlı Bankın xeyrinə çıxarılan məhkəmə qərarlarının icra olunması üçün lazımi tədbirləri həyata keçirmək;
- Problemli kreditlərlə bağlı Bankın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarları ilə bağlı vəsatətlər vermək, bu cür qərarlardan şikayət vermək;
- Problemli kreditlərlə bağlı qüvvəyə minmiş məhkəmə qərarların icrası ilə bağlı verilən tapşırıqları yerinə yetirmək;
- Tələbin borcluların gəlirlərinə və əmlaklarına yönəldilməsi üçün zəruri hüquqi addımların atılmasını təmin etmək;
- Problemli kreditlərlə bağlı keçirilən hərraclarda qanunvericiliyə müvafiq olaraq iştirak etmək və zəruri tədbirləri görmək;

Bizim üçün uyğun namizəd:
- Ali hüquqi təhsilli;
- Azərbaycan dili yüksək səviyyədə, rus dili orta səviyyədə olan;
- MS Office yüksək səviyyədə iş bacarığı olan;
- İcra işləri və problemli kreditlərlə bağlı 1-3 il hüquqşünas təcrübəsi olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Hüquqşünas/Region adı” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
Son müraciət tarixi: 2021-08-15