Hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
700

İş haqqında

Əsas vəzifə öhdəlikləri:
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Cəmiyyətin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
- Subroqasiya yaranmış işlərin icraata qəbul edilməsi və mövcud sistemə işlənməsi;
- Subroqasiya iddiası ilə bağlı bildiriş məktublarının hazırlanması və cavabdeh tərəflərə göndərilməsi;
- Subroqasiya iddiası ilə bağlı işlərin məhkəməyə hazırlanması və məhkəmə proseslərində iştirak;
- Vəzifə funksiyası ilə bağlı müvafiq tapşırıqların yerinə yetirilməsi.

Namizədə tələblər:
- Hüquq sahəsi üzrə ali təhsil;
- Mövcud qanunvericiliyi (sığorta qanunvericiliyini bilməsi üstünlükdür) bilməlidir;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilənlərə üstünlük veriləcək);
- MS Office (Word, Excel) proqramlarını yüksək səviyyədə bilmək;
- Ünsiyyət qurmaq bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Məsuliyyətlilik;
- Oxşar vəzifə öhdəlikləri üzrə iş təcrübəsi olanlara üstünlük veriləcək.

İş şərtləri:
- Həftəiçi 5 gün, saat 09:00-18:00-dək
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı 700 manat

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, məhəllə 221/14

Vakansiyaya müraciət üçün CV-ləri “Hüquqşünas” mövzusu ilə office@qala-insurance.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Son tarix: 2021-09-17