Hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Məhkəmə mübahisələrinin hüquqi baxımdan həlli üçün müvafiq tədbirlərin görülməsi (iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması və s.);
- Şirkəti müxtəlif qurumlarda və dövlət orqanlarında, o cümlədən məhkəmələrdə təmsil edilməsi;
- Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
- Mülki müqavilələrin və layihələrin hazırlanması;
- Müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notarial təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi;
- Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
- Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
- Tam məxfiliyə riayət edilməsi.

Tələblər:
- Ali hüquqi təhsil (kommersiya və ya korporativ yönümlü arzuolunandır);
- İxtisas üzrə 3-5 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
- Hüququ sənədləşməni tərtib etmə bacarıqları;
- Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet);
- Dürüst, stresədavamlı, məsuliyyətli.

Əlavə şərtlər:
- Əmək haqqı danışıq əsasında müəyyən olunur;
- 5 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən verilir;
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
- Korporativ nömrə və telefon.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://job.metak.az/vacancy/show/32 və ya [email protected] ünvanına CV göndərərək 06.10.2021– ci il tarixinə kimi müraciət edə bilərlər.