Hüquqşunas

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

“MKT İK” MMC Hüquq şöbəsinə qoşulmaq üçün açıq fikirli və enerjili Hüquqşunas axtarır.

Vəzifə öhdəlikləri:
- İdxal, ixrac, alqı-satqı, podrat və s. müqavilələrin, onlara əlavələrin, aktların, protokolların, arayışların, məktubların və s. hüquqi sənədlərin tərtibi və hüquqi ekspertizası;
- Müəssisədaxili korporativ idarəetmə məsələlərində zəruri hüquqi dəstəyin göstərilməsi;
- Hüquqi rəylərin verilməsi;
- Hüquqi sorğuların cavablarının hazırlanmasında iştirak;
- Müəssisənin struktur bölmələrində mövcud olan hüquqi problemlərin araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
- Vəzifəsinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:
- Ali təhsil (Hüquq);
- Korporativ hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və İngilis dili biliyi, yaxşı səviyyədə Rus dili biliyi;
- Azərbaycan Respublikası mülki, əmək, vergi, inzibati qanunvericiliyi üzrə biliklər;
- MS Office (Word, Excel) və 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Analitik təhlil etmə qabiliyyəti;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük

Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Hüquqşunas” mövzusu ilə career@mktcotton.com elektron ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 2021-10-08