Hüquqşünas

Şirkət haqqında
  • VMF
  • Bakı şəhəri
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Qanun mahiyyətli sənədləri işləyib hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
- Şirkətin bölmələrini hüquqi məsləhət və yardımla təmin etmək;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabları hazırlamaq;
- Sənəd və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Aidiyyəti məsələlərə dair rəyləri hazırlamaq;
- Protokolları hazırlamaq;
- Əmr və sərəncamları hazırlamaq;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlamaq;
- Hüquq şöbəsinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

İş qrafiki: 09:30 – 18:30 (6 günlük iş qrafiki)
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Namizədə tələblər:
- Ali təhsil;
- Azərbaycan və rus dili mütləq , ingilis dili arzuolunandır;
- Müvafiq sahə üzrə iş təcrübəsi 5 il.
- MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər zəruridir;
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli;
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməli;
- Kargüzarlıq işinin əsaslarını bilməli;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməli;

Namizədlər CV-lərini hüquqşünas başlığı ilə picho64@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-10-28