Hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
1000

İş haqqında

Tələblər:
- Ali təhsil (Hüquq);
- Hüquq sahəsində iş təcrübəsi;
- Əla səviyyədə hüquqi Azərbaycan dili, Rus dili, İngilis dili biliyi;
- Azərbaycan Respublikası mülki, əmək, inzibati, mülki-prosessual qanunvericiliyi üzrə biliklər;
- MS Office (Word, Excel) proqramında sərbəst işləmək bacarığı;
- Analitik təhlil etmə qabiliyyəti;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

Vəzifə funksiyaları:
- İdxal, ixrac, alqı-satqı, podrat və s. müqavilələrin, onlara əlavələrin, aktların, protokolların, arayışların, məktubların və s. hüquqi sənədlərin tərtibi və hüquqi ekspertizası;
- Müəssisədaxili korporativ idarəetmə məsələlərində zəruri hüquqi dəstəyin göstərilməsi;
- Hüquqi rəylərin verilməsi;
- Hüquqi sorğuların cavablarının hazırlanması;
- Müəssisənin struktur bölmələrində mövcud olan hüquqi problemlərin araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
- Şirkətə daxil olan məktublara rəsmi cavab hazırlamaq, müxtəlif qurum və müəssisələrə məktubları hazırlanması;
- Müəssisənin məhkəmədə təmsil edilməsi, bu məqsədlə iddia ərizələrinin, məktubların və digər hüquqi sənədlərin hazırlanması;
- Vəzifəsinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirilməsi.

İş yeri: “ALCO” MMC ofis- İçərişəhər, Vəli Məmmədov, 3 (Polşa Səfirliyinin yanı)

Əmək haqqı: 1000 Azn
CV-lər [email protected] mail ünvanına göndərilsin.
Tel: 0125056810/11

Son müraciət tarixi: 2021-10-30