Hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
600-1000

İş haqqında

- Dövlət orqanları ilə əlaqələr;
- Korporativ idarəetmə ilə bağlı məsələlər;
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi;
- Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy vermək, hüquqi sənədləri hazırlamaq;
- Müqavilələr(daxili və xarici satınalma, logistika və s.) hazırlamaq;
- Şirkəti dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
- Şirkətin tərəf kimi iştirak etdiyi məhkəmələrdə nümayəndə kimi iştirak etmək, məhkəmə sənədlərini hazırlamaq;
- Təşkilatın struktur bölmələrinə hüquqi məsləhət və dəstək verilmək;
- Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və həlli yollarının təklifi;
- Təşkilatın fəaliyyətinin müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etmək;
- Qanunvericilikdə baş vermiş dəyişiklər barədə əməkdaşların və şirkət rəhbərliyin məlumatlandırmaq;
- Müqavilə üzrə öhdəlikləri və borcları tələb edilmək (debitor / kreditorlarla işin aparılması);
- Rəhbərlik tərəfindən verilən tapşırıqlara müvafiq olaraq daxili normativ sənədlərin layihələrinin hazırlanması, digər struktur bölmələrinə daxili normativ və digər sənədlərin hazırlanmasında köməklik göstərilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi.

Namizədə tələblər:
- Ali hüquqi təhsil;
- Dil bilikləri: İngilis dili (orta), Rus dili (əla);
- İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Word (əla), MS Excel (əla), MS Powerpoint (əla);
- Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilmək;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Komanda ilə işləmək bacarığı;
- Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilmək;
- Punktual, diqqətcil və məsuliyyətli olmaq.

İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: gün ərzində 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayan iş rejimi;
- Karyerada inkişaf imkanları.

Müraciət etmək istəyən namizədlər CV formalarını mövzu hissəsinə “Hüquqşünas” qeyd edərək göndərə bilərlər
Son müraciət tarixi: 2021.12.15