Hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Xarici və yerli şirkətlər ilə bağlanan/yenilənən müqavilələrin hüquqi cəhətdən incələnməsi və təsdiqlənməsi;
- Müqavilə formalarının hazırlanmasında iştirak etmək;
- Şirkətin struktur bölmələrinə hüquqi yardım etmək, onlardan daxil olan sorğuları cavablandırmaq;
- Şirkət daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün riayət olunmasına dair dəstək olmaq;
- Dövlət orqanları və ictimai təşkilatlarla işgüzar yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətləri müvafiq qaydada cavablandırmaq;
- Korporativ hüquqi fəaliyyət ilə bağlı təlimat, qayda və iş prosedurları hazırlamaq, təkmilləşdirmək və aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
- Beynəlxalq müqavilələrin və sazişlərin hüquqi cəhətdən incələmək və rəy vermək;
- Qanunvericiliydə edilmiş dəyişiklikləri/əlavələri izləmək və aidiyyəti strukturları məlumatlandırmaq;

Tələblər:
- Hüquq sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Qanunvericiliyinə dair mükəmməl biliklər;
- Azərbaycan və İngilis dili biliyi mütləqdir Rus dili biliyi arzuolunandır;
- MS Office proqramlarında işləmək bacarığı;

İş şərtləri:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Şirkət tərəfindən nahar və əlavə endirim bonusları təqdim olunur
- Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Hüquqşünas” qeyd edərək CV-nizi göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021.12.18