HVAC sistemləri üzrə mühəndis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Öhdəliklər:
- Havalandırma, isitmə və soyutma sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək
- Sənaye təyinatlı və digər bina və obyektlərdə havalandırma, isitmə və soyutma sistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq
- Layihələşdirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək
- Qiymət təkliflərinin və heasbatlarının hazırlanması
- Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması
- Avadanlıqların yükünün ( gücünün və ya məhsuldarlığının ) hesablanması və avadanlıqların seçilməsi , layihələrin hazırlanması , smetaların tərtibi və layihə nəzarətinin həyata keçirilməsi
- Obyektlərdə Sifarişçilərlə texniki məsələlərlə əlaqədar görüşlərin keçirilməsi və Sifarişçilərin istək və tələblərinə uyğun layihələrin hazırlanması , avadanlıqların seçimi

Namizədə tələblər:
- İxtisası üzrə ali təhsil;
- Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dili biliyi;
- Kompüter bilikləri (MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı);
- Komandada işləmə bacarığına malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalı;

Maraqlananlar şəkil əlavə olunmuş CV-lərini [email protected] ünvanına subject yerində “HVAC sistemləri üzrə mühəndis”
qeyd edərək göndərə bilərlər.
Son müraciət tarixi: 2021-10-07