İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
1000-1500

İş haqqında

Vəzifə öhdəlikləri:
- İctimaiyyətlə əlaqələr siyasətnin və prosedurların hazırlanması və tətbiq edilməsi;
- Şirkətin İctimayyətlə əlaqələrinin düzgün koordinasiya və effektli idarə edilməsini; İctimaiyyətlə əlaqələr kanallarının düzgün seçilməsi;
- İctimaiyyətlə əlaqələrə dair standartlarının hazırlanması və ona nəzarət;
- İctimaiyyətlə əlaqələr və reklam işlərinin aparılması, Şirkətin fəaliyyəti barəsində Sifarişçilərə təklif paketinin hazırlanması və ictimaiyyətdə şirkət adına yönəlmiş pozitiv mövqe yaratmaq;
- İctimaiyyətlə əlaqələr fəaliyyəti üçün Satınalma departamentinin tələblərinə uyğun büdcənin hazırlamaq və şirkət rəhbəri ilə razılaşdırmaq;
- Şirkətin rəsmi saytı və sosial şəbəkələrnin idarə olunması və sosial media səhifələri üçün xəbərlərin hazırlanması;
- Sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
- Müxtəlif təqdimatların (Prezentasiya) hazırlanması;
- Kopiraytinq (reklam xarakterli mətnlər, press relizlər, bəyanatlar və s.)
- İctimaiyyətlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı müxtəlif təbliğat materiallarını hazırlamaq və aidiyyatı hədəf qrupları arasında yayılmasını təşkil etmək;
- Şirkətin promoşun məhsullarını hazırlanmasını təşkil etmək;
- Sahibkarlarla işgüzar əlaqələri inkişaf etdirmək;
- Şirkətin xarici imici haqqında məlumatın toplanması;
- Şirkətin xeyriyyə proqramları, sosial ianələr üzrə fəaliyyətində ictimaiyyətlə əlaqələrin təşkili və təbliği;
- İctimai əlaqələr üzrə nəticələrin monitorinqi və təhlili.

Namizədə tələblər:
- Ali təhsil (Marketinq, reklam və jurnalistika sahələrində təhsili olan namizədlərə üstünlük verilir)
- İctimaiyyətlə əlaqələr və marketinq sahəsində ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
- Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli;
- Ms office proqramları və dizayn proqramları;
- Kreativlik,təşəbbüskarlıq,planlama və təşkilatçılıq bacarıqları;
- Yüksək kommunikasiya və işgüzar ünsiyyət bacarıqları;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, məsuliyyətli olmalı.

Digər tələb və şərtlər:
- Yaş həddi: 25-45
- Əmək haqqı 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 1 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində mövzu yerinə “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2021.12.18