İdarə Heyəti Sədrinin inzibati məsələlər üzrə köməkçisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Ümumi vəzifə öhdəlikləri:
- Statistik məlumatları təhlil edir, qiymətləndirir və qısa əsaslı nəticələr çıxarır;
- Bank sektorunda cərəyan edən prosesləri izləyir, məlumatları toplayır və onları təhlil edir;
- İdarə Heyəti Sədrinə məruzələr tərtib edir;
- İdarə Heyəti Sədrinin təşəbbüslərini hüquqi, iqtisadi və analitik baxımdan işləyir;
- İdarə Heyəti Sədrinin birdəfəlik tapşırıqlarını yerinə yetirir;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlayır;
- İdarə Heyəti Sədrinin tapşırıq və əmrlərinin icrasına nəzarət edir, gecikmə və pozulmalar barədə məlumat verir;
- Bankın filial və şöbələrinin koordinasiya olunmasına dəstək verir;
- Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək.

Namizədə tələblər:
- Ali təhsil (iqtisadiyyat sahəsi üzrə);
- MS Office proqramları üzrə, xüsusilə Excel üzrə mükəmməl biliklər;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
- Analitik təhliletmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Operativlik, dəqiqlik və səliqəlilik;
- Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.

Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 oktyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində İdarə Heyəti Sədrinin inzibati məsələlər üzrə köməkçisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.