İdarə Heyətinin Köməkçisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Əsas öhdəliklər:
- İH üzvlərinin gündəlik və uzunmüddətli fəaliyyətlərinin planlaşdırılması
- “FINCA Azerbaijan”ın İdarə Heyəti üzvlərinin yazılı və/və ya şifahi tələbi ilə hesabatların hazırlanması.
- İH üzvlərinin yazılı və ya şifahi tələbinə əsasən, azərbaycan dilindən ingilis dilinə və əksinə şifahi və/və ya yazılı tərcümənin edilməsi (siyasət təlimatları, prosedurlar və/və ya təlim materialları kimi texniki materiallar istisna olmaqla). Texniki tərcümə təcili halda IHK–nə yönləndirilə bilər
- “FINCA Azerbaijan”ın İdarə Heyətinin üzvləri tərəfindən verilən yazılı və/və ya şifahi tələblərini yerinə yetirmək;
- Həvalə edilmiş vəzifələrin və komissiyaların icra vəziyyəti, son tarixlərin pozulması barədə lazımi məlumatların verilməsi; “FINCA Azerbaijan”ın İdarə Heyəti üzvləri tərəfindən verilən təlimat və əmrləri yerinə yetirmək;
- Məxfiliyin qorunması;
- İH üzvləri tərəfindən verilən digər yazılı və/və ya şifahi tapşırıqların icrası.

Tələb olunan bilik və bacarıqlar:
- Müvafiq sahədə 3 illik təcrübə
- Biznes və ya əlaqəli təhsil sahəsində bakalavr dərəcəsi
- Azərbaycan və ingilis dillərində səlis danışmaq tələb olunur
- Əla şifahi, yazılı və təqdimat bacarıqları.
- Həm müstəqil, həm də komandanın bir hissəsi olaraq səmərəli işləmək bacarığı.
- Müxtəlif tapşırıqlar üçün kompüterlərdən istifadə təcrübəsi.
- Word, Excel və Outlook daxil olmaqla Microsoft tətbiqlərində səriştəlik
- Sənədləşmənin idarə edilməsi, transkripsiya və digər inzibati prosedurlarla işləmək bacarığı
- Hər hansı bir Layihə İdarəedilməsi alətindən istifadə bacarığı üstünlükdür
- Qısa müddətlərdə işləmək bacarığı.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 31 avqust 2021-ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində İdarə Heyətinin Köməkçisi qeyd etməklə göndərə bilərsiniz.