İdarə Heyətinin sədrinin köməkçisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi;
- Kompüter bilikləri (MS Office, Internet);
- Mükəmməl səviyyədə türk dili bilikləri.

Əsas vəzifələr:
- Bankın İdarə Heyətinin, Müşahidə Şurasının, Daxili Komitələrin iclaslarının təşkil edilməsi və protokollaşdırılması;
- Gündəlik görüşlərin planlaşdırılması və idarə edilməsi;
- Banka gələn qonaqların qarşılanması onların ölkəyə gəlməsi/ getməsi ilə əlaqədar bütün işlərin həyata keçirilməsi;
- İH üzvlərinin bütün ölkəxarici və ölkədaxili səfərlərinin təşkil edilməsi və bundan irəli gələn proseslərin həyata keçirilməsi;
- Mütəmadi olaraq xarici vətəndaş olan İdarə Heyətinin üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərinin etibarlılıq müddətlərinin, ehtiyac olduğu halda iş icazələrinin alınması müddətlərinin yoxlanılması və bundan irəli gələn müvafiq işlərin həyata keçirilməsi;
- Sənədlərin tərtib edilməsi, tərcümə edilməsi, həmçinin icrada olan məsələlərə nəzarət edilməsi;
- Bankdaxili keçiriləcək iclasların mütəmadi şəkildə təşkil edilməsi və nəzarət edilməsi;
- Bayram və digər xüsusi günlərdə İH üzvləri adından məktubların hazırlanması və müvafiq qurumlara göndərilməsi;
- Digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər Sentyabr ayının 15-nə qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Köməkçi” qeyd etməyiniz vacibdir.