İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
1000-1500

İş haqqında

Tələb olunan iş bacarığı:
- Telefon və ya e-mail vasitəsi ilə sorğulara cavab verir. Kompüter sistemlərində, proqram və avadanlıq ilə bağlı daxil olan sorğu üzrə yardım və texniki dəstəyi təmin edir;
- İşçilərin kompüter avadanlıqları, proqram təminatı və İT xidmətləri ilə təmin edilməsi, alınan yeni İT avadanlıqların quraşdırılması, sazlanması;
- İstifadəçilərə təhvil verilən avadanlıqların istifadə qaydaları barədə istifadəçilərin təlimatlandırılması;
- Kompüterlərə yeni proqram təminatını quraşdırmaq;
- Kompüterlərin xarici avadanlıqlarının quraşdırılmasını, işə salınmasını və dəyişdirilməsini həyata keçirmək;
- Virus əleyhinə proqramların sazlığına nəzarət edilməsi və onların yenilənməsini nəzarətdə saxlamaq;
- Nasazlıqları vaxtında aşkara çıxarmaq məqsədi ilə Şirkətin struktur və bölmələrində şəbəkə avadanlığının və kompüterlərin monitorinq və diaqnostika işlərini yerinə yetirməli;
- Notebook və stolüstü kompüterlərin dövrü yoxlanılması həyata keçirməli;
- Local (LAN), Qlobal (WAN) şəbəkə və digər sistemlərdəki texniki problemlərin həlli;
- Şəbəkə avadanlıqlarının fasiləsiz işini təmin edilməsi və iş prosesində ortaya çıxan çətinliklərin aradan qaldırılmasında operativ tədbirlər görmək;
- Şirkətin struktur və bölmələrində local şəbəkəsinin yaradılması. Kabel xətləri çəkilməsini təmin edir və kabel xətlərində yaranmış problemləri aradan qaldırır. Şəbəkə xətlərinin, ayrı-ayrı qurğuların sınağını və xırda təmirini yerinə yetirir;
- İT avadanlıqlarının işində təhlükəsizlik texnikasının vəziyyətini yoxlamaq və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, SƏTƏM qaydalarına dair aşkarlanmış qayda pozuntularının qarşısının alınması üçün tədbirlər görür.

Tələb olunan təhsil və biliklər:
- Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter elmləri, Tətbiqi Riyaziyyat və s. texniki sahə üzrə)
- İnformasiya Texnologiyaları üzrə mütəxəssis olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
- Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
- Microsoft Office (MS Excel,Word) proqramlarını əla səviyyədə bilməli;
- Windows əməliyyat sistemləri; MS Ofis program paketi;
- Şəbəkə Qurulması;
- Kamera sistemlərinin qurulmasını;
- İstismarda olan Kompüter və texniki avadanlıqların ümumi iş prinsipini;
- Kompüterlərin proqram və avadanlıqlarının quraşdırılmasını;
- Kabel xətlərinin çəkilməsini, şəbəkənin ümumi xüsusiyyətlərini, strukturunu və işləmə prinsipini;
- Daxili Telefon – Mini ATS sisteminin quraşdırılmasını;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik, operativlik bacarığı.

Digər tələb və şərtlər:
- Yaş həddi: 25-45
- Əmək haqqı: 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) elektron ünvanına mövzu yerinə “İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2021.01.08