İnformasiya Təhlükəsizliyi üzrə Baş mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Tələblər:
- İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək, öyrənmək istəyi.
- Ali təhsil;
- İnformasiya təhlükəsizliyi və ya proqramlaşdırma və ya sistem/şəbəkə inzibatçılığı sahəsində üzrə minimum 2 il iş təcrübəsi;
- Skriptiq bacarıqları Python, shell və s.
- Beynəlxalq İnformasiya təhlükəsizliyi sahəsində standartlar, təcrübələr haqqında biliklərin olması;
- Müasir təhlükələrə, boşluqlara və mühafizə texnologiyalarına dair biliklər;
- Təhlil bacarıqları, məsuliyyətli təşəbbüskarlıq, təşkilatçılıq qabiliyyəti, dəqiqlik;
- Azərbaycan dili səlis, rus və texniki ingilis dillərini yaxşı səviyyədə bilməsi.

Vəzifə öhdəlikləri:
- İT təhlükəsizlik servislərinin proqram-texniki vasitələrinə texniki dəstək, texniki müşayiət (inzibatçılıq) və monitorinq.
- Layihələrdə iştirak o cümlədən İT təhlükəsizlik servisləri üzrə planlaşdırma və yeni proqram-texniki vasitələrinin tətbiqi.
- “SOC - Security operations Center” - istifadə edən informasiya təhlükəsizliyi proqram-texniki alətlərinin effektivliyinin artırılması (“policy tuning”, “rule tuning” və s.).
- İnformasiya təhlükəsizliyi üzrə tələblərin (siyasət, prosedur, qaydalar və s.) icrasına və standartların tətbiqinə nəzarət;
- Azəricard şirkətinin İT infrastrukturunda informasiya təhlükəsizliyi risklərin idarəedilməsi, ö cümlədən zəyifliklərin aşkarlnaması, aradan qaldırılması və hesabat.
- İnformasiya təhlükəsizliyi insidentlərin menecmenti ö cümlədən informasiya təhükəsizliyi hadisələrinin monitorinqi, insidentlərin aşkarlanması, araşdırma (“cyber forensics investigation”) və hesabat.
- Şirkət daxili əməkdaşların informasiya təhükəsizliyi təhdidlər, daxili qaydalar və siyasətlər üzrə məlumatlandırma.

Namizədlərdən CV-lərini “ITSEC üzrə Baş mütəxəssis” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2021-07-17