İnformasiya Təhlükəsizliyi üzrə kiçik mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Əsas vəzifə və öhdəliklər:
- Şəbəkə, kompüter sistemləri, və digər rəqəmsal infrastruktura bağlı aktivlərdə gündəlik monitorinqinin aparılması təhdid doğurucu vəziyyətlərin aşkarlanması üçün yoxlamaların aparılması və hesabatın hazırlanması;
- İnformasiya Sistemlərində istifadəçilərin və administratorların müvafiq sistemə daxil olmasına və səlahiyyətlərinə nəzarət edilməsi;
- Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx əməkdaşlıq etmək;
- İnfrastruktur üzrə olan monitorinq sistemlərinə və hadisələrin qeydiyyat jurnallarına daimi nəzarət etmək;
- Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş sistemlərin gündəlik monitorinqinin aparılması, hesabatın çıxarılması və analizi;
- Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək.

Tələblər:
- İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi üzrə ali təhsil;
- Dil bilikləri: Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə olması;
- Əməliyyat sistemləri Windows Server, Windows, Linux üzrə biliklər;
- Təhlükəsizliyin təmin edilməsi əsas sistemlərinin iş prinsiplərini bilmək;
- Şəbəkə avadanlıqları, protokolları, portları, kriptoqrafiya, və ümumi şəbəkə təhlükəsizliyi haqqında məlumata sahib olmaq;
- Java, C#, Python, Javascript, proqramlaşdırma dillərini bilmək arzuolunandır;
- OWASP metodologiyası, CIS, NIST və ya DISA qabaqcıl təcrübələrin biri ilə tanış olması arzuolunandır;
- Analitik düşüncə və stressə dözümlü olmaq bacarığı;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Müvafiq situasiyalarda səbirli və soyuqqanlı davranmaq.

TƏCRÜBƏ
- İnformasiya Texnologiyaları və ya, İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır;

Son müraciət tarixi: 28 iyun, 2021-ci il
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.