İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
400

İş haqqında

Namizədə tələblər
- Yaş həddi : 22-26
- Təhsil: Ali
- İş təcrübəsi:ən azı 1 il İnformasiya Texnologiyaları sahəsi üzrə
- Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı), İngilis dili (yaxşı)
- Microsoft Windows, Linux, Unix, Android, İOS (arzuolunandır)

Vəzifə öhdəlikləri
- İnformasiya sistemlərinin təhlükəsizlik səviyyəsinin təhlili və hesabatların hazırlanması;
- İnformasiya Təhlükəsizliyi üzrə daxili normativ sənədləri hazırlanması;
- Texniki sənədlərin və sistem jurnallarını təhlili;
- Kommersiya sirri və məxfi məlumatların qorunması üzrə lahiyələrin icrası;
- İnformasiya sistemlərinin monitoringi;
- Çalışdığı bölmənin funksionalı ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirilməsi.

Şəxsi keyfiyyətlər
- Riyazi düşünmə bacarığı;
- Analitik təhlil bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Böyük komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;

İş şərtləri
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı: 400 AZN

Məlumatlandırıcı qeydlər
- Diqqət! Xahiş olunur iş elanı ilə diqqətlə tanış olasınız;
- Bilik və bacarıqlarınız vakansiyaya uyğun hesab edirsinizsə özünüz haqda əsas məlumatı qısa video-müsahibə formatında təqdim edin;
- Özünüz haqda məlumatı Word və yaxud PDF formatında hazırlanmasıda məqsədə uyğundur;
- CV formasında əsas məlumatları düzgün və aydın qeyd edin;
- Unutmayın ki, namizədliyinizin baxılmasında özünüz haqda məlumatların düzgün təqdim edilməsi mühüm rol oynayır.
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur;
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin;
- Özünüz haqda məlumatları göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun;
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən recruiting@ateshgah.com mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-08-11